Xüsusi günlər və həftələr üçün təlim məzmunları daxildir.
Saatlıq video izahlar və təcrübi canlı dərslər daxildir.
5 müxtəlif laboratoriyada verilən 15/30 saatlıq təlimlər və əgər mərkəzdə varsa, sərgi sahəsi və planetarium təlimləri daxildir.
Dövlət və özəl məktəblər üçün 1 saatlıq laboratoriya təlimi, əgər mərkəzdə varsa, sərgi sahəsi və planetarium təlimləri daxildir.
“Bilim Azərbaycan” layihəsi
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3) arasında imzalanmış Protokola əsasən yaradılıb.
6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarının inkişafına yönələn layihənin məqsədi şagirdlərə məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdır.
Ən son yeniliklər
Laboratoriyalarımız
Texnologiya laboratoriyası
Texnologiya laboratoriyası şagirdlərin robototexnika və kodlaşdırma sahəsində özlərini inkişaf etdirmələrinə və istehsal edən nəsil olmalarına dəstək olur.
Ətraflı baxTəbiət elmləri laboratoriyası
Təbiət elmləri laboratoriyası ekologiya, fizika, kimya və insan biologiyası kimi alt bölmələri barədə mövzuları praktiki yolla öyrətməyi hədəfləyir.
Ətraflı baxDizayn laboratoriyası
Dizayn laboratoriyası şagirdlərin özlərini kəşf etmələrinə, hiss və düşüncələrinin ifadəsinə kömək olacaq bir yol tapmaqlarına imkan yaradır.
Ətraflı baxRiyaziyyat laboratoriyası
Riyaziyyat laboratoriyası şagirdlərə riyaziyyatla bağlı çətinlikləri, qorxuları aşmağı və riyazi anlayışları oyunlar vasitəsilə daha dərindən mənimsəməyi öyrətmək məqsədi daşıyır.
Ətraflı baxAstronomiya, kosmos və aviasiya laboratoriyası
Astronomiya laboratoriyası şagirdlərin astronomiyaya olan maraqlarının artırılmasını hədəfləyir.
Ətraflı baxSahibkarlıq laboratoriyası
Sahibkarlıq laboratoriyası sürətlə dəyişən dünyada yeni ideyaları inkişaf etdirən, risk edərək biznes qura bilən, innovativ, uzaqgörən, qabaqcıl və cəsarətli sahibkarlar yetişdirməyi hədəfləyir.
Ətraflı baxXüsusi anlardan görüntülər
NİYƏ SEVİLİRİK?
ELM VƏ İNNOVASİYANI DƏSTƏKLƏYİRİK!
2018-ci ildə T3 Fondu təşəbbüsü ilə yaradılan "Bilim" mərkəzləri qısa zaman ərzində uşaqlar və gənclər başda olmaqla, cəmiyyətin bütün təbəqələrini qeyd olunan sahələrdə maarifləndirməklə böyük marağa səbəb olub. Layihə Türkiyənin İstanbul, Ankara, Qaziantəp, Ərzurum şəhərlərində, Türkiyədən kənarda isə ilk dəfə Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərir.
Gələcəyin mühəndislərinə, elm adamlarına və innovativ sahibkarların yetişməsinə dəstək verən "Bilim" mərkəzləri artıq Türkiyədə Bilim Üsküdar, Bilim Fatih, Bilim Beyoğlu, Bilim Zeytinburnu, Bilim Gaziosmanpaşa, Bilim Pursaklar, Bilim Erzurum, Bilim Gazientep, Bilim Şahinbey, Bilim Şehitkamil, Türkiyədən kənarda isə ilk dəfə "Bilim Azərbaycan" kimi davam edir.
Laboratoriyalarda müxtəlif tədris modellərinə sahib təlimçilər tərəfindən hazırlanmış fərqli mövzularda sahəvi təlimlər keçirilir. Təlimlər zamanı təşkil olunan oyunlar şagirdlərin dərsə marağını artırmaqla yanaşı, dünyagörüşlərinin genişlənməsinə, mənimsəmə bacarıqlarının artmasına, komanda ruhunun formalaşmasına, təcrübi fəaliyyət üçün zəruri olan bacarıq və vərdişlərinin inkişafına kömək edir.